Sabiq polis rəisi ölkədən qaçdı

Sabiq polis rəisi ölkədən qaçdı
  28 Avqust 2015    Oxunub:3823
İrəvanın sabiq polis rəisi Nerses Nazaryan və onun ailə üzvləri Ermənistanı tərk ediblər.
Bu barədə AzVision.az Ermənistanın `Joxovurd` qəzetinə istinadən xəbər verir.

`Ailə artıq xaricə köçüb və daimi olaraq orada qalmaq niyyətindədir. Nerses Nazaryan ailəsi bizneslərinin olduğu ABŞ-da yaşamaq istəyirlər. Nerses Nazaryan və onun oğlu Armendən məsələ ilə bağlı açıqlama almaq istəsək də, həmin şəxslərin telefonlarına zəng çatmayıb`, - deyə nəşr yazır.

`Joxovurd` yazır ki, Nerses Nazaryan İrəvanın polis rəisi olduğu vaxt onun ailəsinin bir neçə biznesi olub. 2013-cü ildə istefadan sonra Nazaryanın işlərim pisləşməyə başlayıb. Nazaryan ailəsinə məxsus sonuncu supermarketi - `Moskiçka` ötən ilin payızında bağlanıb`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti