`Facebook`dan inanılmaz rekord – 1 milyard oldu

`Facebook`dan inanılmaz rekord – 1 milyard oldu
  28 Avqust 2015    Oxunub:1893
Avqustun 24-ü `Facebook` sosial şəbəkəsinin auditoriyası ilk dəfə bir milyard insan olub.
AzVision.az xəbər verir ki, bu barədə `Facebook`un yaradıcısı Mark Zukerberq öz səhifəsində yazıb.

`Bazar ertəsi Dünya əhalisinin hər yeddi nəfərindən biri öz yaxınları və ailə üzvləri ilə `Facebook`da istifadə edərək əlaqə yaradıb`, - deyə Zukerberq qeyd edib.

O, həmçinin bütün `Facebook` istifadəçilərinə öz təşəkkürünü bildirib: `Bizim şəbəkə hər bir kəsə öz fikrini ifadə etmək imkanı verir`.

Zukerberq vurğulayıb ki, bu ilk nailiyyətdir: `Lakin bu, bütün dünyanı birləşdirməyi nəzərdə tutan prosesin başlanğıcıdır`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti