`İphone` almaq istəyənlər bu xəbəri mütləq oxusun!

`İphone` almaq istəyənlər bu xəbəri mütləq oxusun!
  28 Avqust 2015    Oxunub:2772
Amerikanın `Apple` şirkəti sentyabrın 9-u İPhone` smartfonunun və ` Apple TV`nin yeni versiyasını təqdim edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə `Apple` şirkətinin yayımladığı pres-relizdə bildirilir.

Qeyd edək ki, adətən `Apple` şirkəti öz yeni modellərini məhz sentyabrda təqdim edir. Belə ki, texnologiya nəhəngi 2014-cü ilin sentyabrında `iPhone 6`, 2013-cü ilin sentyabrında `iPhone 5s`-i, 2012-ci ilin sentyabrında isə `iPhone5` modelini təqdim edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti