ABŞ-da film kimi qətl: ana üç uşagını öldürdü

ABŞ-da film kimi qətl: ana üç uşagını öldürdü
  28 Avqust 2015    Oxunub:1932
ABŞ da ana qızına görə oğullarını öldürüb.
23 yaşlı Brittani Pilkinqton etiraf edib ki, 13 ay ərzində üç oğlunu qətlə yetirib və hazırda ölüm hökmündən qaçmağa çalışır.

Faciə Ohayo ştatın Belfonteyn şəhərində baş verib. Cinayətin miqyası yalnız 2015-ci ilin avqust ayının ortasında açılıb. Hazırda iş məhkəmə təhqiqatı mərhələsindədir.

Brittanı Pilkinqton uşaqlarını yatarkən boğub. Əvvəlcə, 2014-cü ilin iyulun 22-də Nayeli öldürüb, 2015-ci ilin aprel ayında Kevini və avqustda Noanı qətlə yetirib. Qatil özü polis çağırıb və bildirib ki, Noanın nəfəsi kəsilib.

Brittani Pilkinqton polis tərəfindən saxlanılıb. Dindirilmə zamanı qadın qatil olduğunu boynuna alıb. Ana oğullarının qətlini onunla əsaslandırıb ki, onun əri oğlanlara daha çox diqqət ayırıb, nəinki onların üçyaşlı qızına. Qadının vəkilləri isə psixi pozğunluq səbəbındən onun günahsız olduğuna təkid edirlər.

Ohayo ştatının qanunlarına əsasən, Brittaniyə ölüm cəzası hökmü çıxarıla bilər. Lakin qadına ölüm hökmü oxunmaya bilər. Buna səbəb qatilin psixi pozğunluqdan əziyyət çəkməsi göstərilir. (Apa)


Teqlər:  





Xəbər lenti