Bin Ladenin oğlu ABŞ-a qarşı cihada səslədi
23 və ya 24 yaşında olduğu iddia edilən Həmzə bin Ladenin audio müraciəti `Twitter` vasitəsilə yayımlanıb. `Əl-Qaidə`nin sabiq rəhbərinin oğlu ABŞ və onun tərəfdaşlarına qarşı cihada çağırır. Hücum üçün potensial yer olaraq o, London, Vaşinqton, Paris, Təl-Əviv, Kabil, Bağdad, o cümlədən Qəza sektorunun adını çəkib.
`The Telegraph` qeyd edir ki, Həmzə bin Laden heç vaxt terrorizmi dəstəkləməyib. Lakin onun 2005-ci ildə, təxminən 13 yaşı olduğu vaxt Pakistan və Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib.
Həmzə ben Ladenin hazırda harada olması barədə məlumat yoxdur. Onun atasının 2011-ci ildə Abbatabatda zərərsizləşdirilməsi zamanı Həmzənin də onunla bərabər öldürüldüyü bildirilirdi. Lakin sonradan məlum olub ki, ABŞ xüsusi təyinatlılarının reydi zamanı ben Ladenin digər oğlu Xalid öldürülüb.
Eldar Tanrıverdiyev
AzVision.az