Çində partlayış zamanı 10 min yeni `BMW`, `Toyotа` kül oldu - YENİLƏNİB

Çində partlayış zamanı 10 min yeni `BMW`, `Toyotа` kül oldu - YENİLƏNİB
  14 Avqust 2015    Oxunub:35811
***
15:53

Çinin Tyantsin şəhərində tez alışan materiallar anbarında baş verən partlayışlar 10 min yeni avtomobil yanıb.

Bu barədə AzVision.az ` China Daily`-ə istinadən xəbər verir.

Ən böyük zərər Almaniyanın ` Volkswagen` və ` Renault` şirkətlərinə dəyib. Partlayış nəticəsində Almaniya konsernin 2748 avtomobilinə, Fransa şirkətinin isə 1500 avtomobilə zərər dəyib.

`Honda` və ` Mitsubishi` şirkətləri də onlara ziyan dəyməsi barədə məlumat paylaşıblar.

Qeyd edək ki, daha əvvəl Çin mətbuatının yaydığı məlumata görə, partlayış nəticəsində 5 min maşın tamamilə yararsız vəziyyətə düşüb.

Məlumatda qeyd olunur ki, `Volkswagen` markalı avtomobillərin olduğu futbol meydançası böyüklüyündə dayanacaq partlayış yerindən təxminən 500 metr aralıda olub. Hadisə nəticəsində alman şirkətinin 2,5 mindən artıq yeni avtomobili yanıb.

Maşınları idxal edən şirkətə 10 milyonlarla dollar dəyərində zərər dəyib.

Bundan əlavə, Tyantsin limanında həmçinin `BMW`, `Toyotа`, `Mazda` markalı avtomobillər saxlanılıb. Şirkət nümayəndələri hələ ki, zədələnmiş avtomobillərin sayını açıqlamırlar. Lakin liman işçilərinin sözlərinə görə, hadisə nəticəsində təxminən 5 min maşın yanıb.

Qeyd edək ki, ötən gün Çinin Tyantsin şəhərində tez alışan materiallar anabarında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatıb. Hadisə nəticəsində təxminən 500 nəfər yaralanıb. Hazırda şəhər rəhbərliyi 36 yanğınsöndürənlə əlaqənin itdiyini açıqlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti