Kadırov milyonluq saatlarından danışdı

Kadırov milyonluq saatlarından danışdı
  08 Avqust 2015    Oxunub:2826
Çeçenistan başçısı Ramazan Kadırov KİV-də onun taxdığı saatlarının bir neçə milyon rubl qiyməti olması barədə məlumatı şərh edib.

Trend-in məlumatına görə, Kadırovun tirajı 33 ədəd İsveçrə istehsalı olan "Greubel Forsey" saatını taxdığı barədə məlumat yayılıb. Qeyd edək ki, saatın qiyməti 280 min dollar təşkil edir (təxmini 16 milyon rubl).

Kadırov bu məlumatı özünün "İnstagram" profilində belə şərh edib: "Sizi üzmək məcburiyyətindəyəm, çünki bu mənim kolleksiyamdan olan heç də ən bahalı saat deyil."

Çeçenistan başçısı saatların ona dostlarından hədiyyə olduğunu da deyib: "Dostlarım az deyil və onlar heç də Yer kürəsinin ən kasıb insanları deyillər".


Teqlər:





Xəbər lenti