PKK jandarm mərkəzini partlatmaq istədi

PKK jandarm mərkəzini partlatmaq istədi
  07 Avqust 2015    Oxunub:1709
PKK Türkiyədə növbəti dəfə terror aktı törətmək istəyib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, terrorçular Van-Başkalə yolu üzərindəki Bebleşin Jandarm Mərkəzinə partlayıcı quraşdırılmış avtomobillə hücum ediblər. Tərəflər arasında atışma baş verib.

Terrorçular partlayıcı maddə olan avtomobili jandarm mərkəzində partlatmağa nail olmayıblar. Hadisə nəticəsində bir PKK-çı məhv edilib. Qəlpələrin kənara sıçraması nəticəsində dörd nəfər xəsarət alıb.


Teqlər:  





Xəbər lenti