`Bu niyyət baş tutmayacaq` - Gürcüstanlı səfir

`Bu niyyət baş tutmayacaq` - Gürcüstanlı səfir
  07 Avqust 2015    Oxunub:1893
“Tale elə gətirib ki, biz bu regionda birgə yaşayaq”.
Bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib. Onun sözlərinə görə, Azərbaycanda elə məhsullar var ki, Gürcüstandan keçmədən onları Avropa bazarına çıxarmaq mümkün deyil: ”Gürcüstan üçün sizin məhsulunuz çox qiymətlidir. Ölkələrimizin məqsədləri, istiqaməti, dünya ictimaiyyətinə inteqrasiyası eynidir”.

Səfir Cənubi Osetiya sözlərinin yazıldığı lövhənin Gürcüstanın nəzarətində olan əraziyə doğru irəli çəkilməsi və Bakı-Supsa boru xəttinin bir hissəsinin işğal altında olan əraziyə düşməsi məsələsinə də münasibət bildirib: “Bannerin yerini dəyişmək və onu geri qaytarmaq olar. Bildiyimə görə, onu geri qaytarıblar. Bu təxribatı törədənlər Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar. Ümid edirik ki, bu niyyət baş tutmayacaq. Biz çalışırıq ki, Bakı-Supsa kəməri həmişə Gürcüstanın nəzarətində olan ərazidən keçsin”.(APA)


Teqlər:





Xəbər lenti