Berluskoni 500 milyona şahzadəyə villa satır – FOTOLAR

Berluskoni 500 milyona şahzadəyə villa  satır – FOTOLAR
  07 Avqust 2015    Oxunub:3938
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Sardiniyadakı villasını Səudiyyə Ərəbistanı şahzadəsinə sata bilər.
Bu barədə AzVision.az` Corriere della Sera`-a istinadən xəbər verir.

Bu yaxınlarda Berluskoni villada Səudiyyə Ərəbistanı kralının varisi, ölkənin daxili işlər naziri Məhəmməd ben Naif üçün beş saatlıq ekskursiya keçirib. Başqa bir versiyaya görə isə villanın yeni sahibi Səudiyyə Ədəbistanın kralı Salman olacaq.

Villanın ərazisində yunan - roma üslubunda tikilən amfiteatr, futbol meydançası, içərisində ada olan süni göl, həmçinin süni yolla yaradılan fəaliyyətdə olan vulkan var. İtaliyan KİV-nin məlumatına görə, villanın satış qiyməti 500 milyon avrodur.
Rusiya prezidenti Vladimir Putin və Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyr öz zamanında bu villada qonaq olublar.







Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti