Çempion arvadı ilə birlikdə qarət edildi - FOTOLAR

Çempion arvadı ilə birlikdə qarət edildi - FOTOLAR
  07 Avqust 2015    Oxunub:3497
2009-ci ildə “Formula-1” çempionu olan Censon Batton (Jenson Button) və model həyat yoldaşı Cesika Miçibata (Jessica Michibata) Fransada icarəyə götürdükləri villada qeyro-adi şəkildə qarət edilib.
Bu barədə AzVision.az `Telegraph`-a istinadən xəbər verir.

Məlumata görə əsasən cütlük dünyanın ən bahalı kurortlarından biri Sen-Tropedəki villada yatdığı zaman evlərinə oğru girib. Oğrular evə girməmişdən öncə havalandırma sistemindən evə qaz buraxıblar. Nəticədə həmin vaxt yuxuda olan Censon və Cesika səhərə qədər yatıb.

Cinayətkarlar Cesikanın 250 min funt sterlinq dəyərində brilyant nişan üzüyü və 300 min funt sterlinq dəyərində zinət əşyasını oğurlayıb.







Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti