Türkiyədə 17 İŞİD yaraqlısı tutuldu

Türkiyədə 17 İŞİD yaraqlısı tutuldu
  07 Avqust 2015    Oxunub:2150
Türkiyənin cənub-qərbində yerləşən Manisa vilayətində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 17 yaraqlısı həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin `Kanal7` telekanalı xəbər yayıb.

Saxlanılan şəxslər ölkə ərazisində terrorizminin təbliğində şübhəli bilinir. Polis tərəfindən tutulan şəxslərin hamısı Türkiyə vətəndaşlarıdır.

Qeyd edək ki, iyulun 20-i Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda yerləşən Amara Mədəniyyət Mərkəzinin həyətində terror aktı törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən artıq yaralanıb. Türkiyə rəhbərliyi hadisəyə görə, İŞİD-in məsuliyyət daşıdığını bildirib.

İyulun 27-i Türkiyə Hərbi hava Qüvvələri (HHQ) PKK-nın Şimalı İraqdakı `Hakurk` hərbi düşərgəsini yerlə yeksan edib. Həmin gün İŞİD-in Türkiyə qolunun rəhbəri, Abu hanzalla ləqəbli Halis Bayancuk həbs edilmişdi.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti