Ərdoğan Əsədə görə Ruhanini pərt etdi
Danışıq zamanı H. Ruhani deyib ki, bölgədə terrorun kökünü kəsmək üçün ortaq bir plan hazırlanmalı və qarşılıqlı yardımlarla nəticə əldə edilməlidir.
Türkiyə prezidenti isə bildirib ki, terror təşkilatlarının bölgədəki aktivliyi İslam dünyası üçün təhdidir.
Prezidentlər Suriya böhranı ilə bağlı da danışıblar.
H. Ruhani vurğulayıb ki, Suriya və İraqda İŞİD-ə qarşı həyata keçiriləcək əməliyyatlar üçün Dəməşq və Bağdadla təmaslar davam etdirilməlidir: “Mərkəzi hökumətlərə təhdid ola biləcək hər bir hərəkət terror qruplarının məqsədinə çatmasına kömək edər. Ona görə də mütləq İraq və Suriya iqtidarları ilə işbirliyi edilməlidir”.
“Suriyadakı vətəndaş müharibəsinə görə birbaşa məsuliyyət Bəşər Əsədin üzərinə düşür. Ona görə də ilk olaraq Əsəd iqtidardan getməlidir” – deyə Ərdoğan İran prezidentinin təklifini rədd edib.
Bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Ruhani iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsini təklif edib.
Elvin Abdulqədirov
Teqlər: