Ruslar Pentaqona hücum etdi

Ruslar Pentaqona hücum etdi
  07 Avqust 2015    Oxunub:2804
ABŞ Müdafiə Nazirliyi – Pentaqon kiberhücuma məruz qalıb.

AzVision.az ` NBC News`-a istinadən xəbər verir ki, hücumu rusiyalı hakerlərin etdiyi ehtimal olunur.

Hakerlərin hücumu nəticəsində Qərargah müdirlərinin birləşdirilmiş komitəsinin təxminən 4 minə yaxın hərbçi və adi işçilərinin elektron məktubları oğurlanıb.

Hücum iyulun 25-i həyata keçirilib. Kiberhücum sosial şəbəkələrdəki hesablar vasitəsilə idarə olunub. Hücum nəticəsində heç bir gizli məlumat əldə olunmayıb, yalnız poçt serverləri sındırılıb.

NBC vurğulayır ki, hücumun Rusiya rəhbərliyi və ya adi şəxslərin təşəbbüsü əsasında baş verməsi barədə məlumat verilmir. Hücum aşkarlandıqdan sonra postun avtomatik bloklanması funksiyası işə salınıb. Sistemin həftə sonuna qədər yenidən işə salınacağı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti