İŞİD 19 qızı seksə görə edam etdi

İŞİD 19 qızı seksə görə edam etdi
  06 Avqust 2015    Oxunub:8753
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı islamçılarla cinsi əlaqəyə girməkdən imtina etdiyi üçün 19 qızı edam edib.
AzVision.az xəbər verir ki, bu barədə `Daily Mail` nəşri Kürdüstan Demokratik Partiyasının rəsmisinə istinadən xəbər verir.

Onun sözlərinə görə, qadınları İraqın Mosul şəhərində girov saxlayıblar. Edam olunan şəxslərin milliyyəti açıqlanmır.

Qeyd edək ki, avqustun 4-ü BMT Baş katibinin münaqişələrdə seksual təcavüz məsələləri üzrə nümayəndəsi Zeynən Banqura İŞİD-in qadın və uşaqları satdığını təsdiqləyib:` Qızları, neft kimi satırlar. Bəzən yaraqlılar qızları öz ailələrinə minlərlə dollara satırlar`. Onun sözlərinə görə, 9 yaşına qədər olan qızlar və oğlanlar 165 dollara, 11-16 yaşda olan yeniyetmələr isə 124 dollara satılır.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.


İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti