Üç suriyalı Azərbaycana keçmək istədi, tutuldu

Üç suriyalı Azərbaycana keçmək istədi, tutuldu
  06 Avqust 2015    Oxunub:2646
Gürcüstanın sərhəd polisinin əməkdaşları Gürcüstan-Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd edən üç Suriya vətəndaşını saxlayıb.
Bu barədə AzVision.az “Sputnik-Georgia” saytına istinadla xəbər verir.

“İstintaq müəyyən edib ki, saxlanılan şəxslər dövlət sərhəd keçid məntəqəsindən yan keçməklə Gürcüstan sərhədini Azərbaycan Respublikası istiqamətində qanunsuz keçməyə cəhd ediblər”, - deyə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Hadisə ilə bağlı Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçməyə cəhd faktı üzrə istintaq işi aparılır. Günahları sübut olunacağı təqdirdə suriyalıları dörd ildən beş ilədək həbs gözləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti