89 yaşlı dul milyarder dünyasını dəyişdi

89 yaşlı dul milyarder dünyasını dəyişdi
  06 Avqust 2015    Oxunub:3357
“BMW” avtomobil konserninin həmtəsisçisi, sənayeçi Herbert Kvandtın 89 yaşlı dul qadını Frankfurt-Maynın Bad-Xomburq qəsəbəsində vəfat edib.
Yohanna Kvandt 1926-cı ildə Berlində doğulub. 1960-cı ildə ən uğurlu alman sahibkarlarından biri olan Herbert Kvandta ərə gedib. Yohanna Kvandt 1982-ci ildə ərinin ölümündən sonra bir sıra şirkətlərin müşahidə şurasında, o cümlədən “BMW” konsernində onun varisi olub. O, “BMW” konserni aksiyalarının 16,7 faizinə sahib olub, iki övladının aksiyaları ilə birlikdə payı ümumilikdə 47 faiz təşkil edib.

Sərvəti 30 milyard avro məbləğində dəyərləndirilən Kvandtlar ailəsi Almaniyanın ən zəngin ailələrindən biridir.

Ailəyə, həmçinin “Altana” kimya konserninin, “SGL Carbon” və “Nordex”in aksiyaları da məxsusdur. Yohanna Kvandt “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən zəngin adamlarının reytinqdə 77-ci yeri tuturdu.


Teqlər:





Xəbər lenti