Ermənistan Gürcüstan ətini qadağan etdi

Ermənistan Gürcüstan ətini qadağan etdi
  06 Avqust 2015    Oxunub:1506
Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinin Qida məhsullarının təhlükəsizliyi üzrə Dövlət Xidməti ölkəyə gətirilən ət məhsullarına nəzarəti gücləndirib.
Oxu.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Xidmət avqustun 5-dən 19-na qədər Baqrataşen, Bavra və Qoqovani sərhəd keçid məntəqələrindən (Gürcüstanla sərhəddə) Ermənistana şəxsi istifadə üçün iribuynuzlu mal-qaranın ətinin idxal edilməsini qadağan edib”, - məlumatda deyilir.

Qurumdan bildirilib ki, bu qərar Sibir xorasına yoluxmuş ətin sərhəddən ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün qəbul olunub.


Teqlər:





Xəbər lenti