ABŞ-da qanlı olay: Ölən və yaralılar var

ABŞ-da qanlı olay: Ölən və yaralılar var
  06 Avqust 2015    Oxunub:1782
ABŞ-ın Tennessi ştatında kinoteatrlardan birində baş verən atışma nəticəsində üç nəfər yaralanıb.
AzVision.az `BBC`-yə istinadən xəbər verir ki, hadisə ştatın Antiox şəhərində baş verib.

Məlumata əsasən hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsi güllələyib.

Cavab atəşi ilə cinayətkar öldürülüb.

Qeyd edək ki, ayın 24-ü `Grand 16 Theatre` kinoteatrında naməlum şəxslərin ziyarətçilərə atəş açması nəticəsində üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

Hadisə Lafeyt şəhərində axşam saatlarında baş verib. Həmin zaman kinoteatrda `Qatar qəzası` (Trainwreck) filmi nümayiş etdirilib. Hadisə baş verən zaman kinoteatrda təxminən 100 nəfər olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti