Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar artaraq 45,17 dollar təşkil edib.
AzVision.az məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,12 dollar artaraq 49,71 dollar olub.