Türkiyədə növbədənkənar seçkilər gözlənilir
Proseslər göstərir ki, yeni parlamentdə 80 mandatla təmsil olunan Xalqların Demokratik Partiyası (HDP) ilə terrorçu Kürd Fəhlə Partiyası (PKK) arasındakı müttəfiqlik ortaq hökumətin qurulmasına ən böyük maneədir. Son günlər PKK tərəfindən Türkiyədə törədilən çoxsaylı terror aktlarının HDP tərəfindən pislənməməsi ölkənin siyasi dairələri, o cümlədən geniş ictimaiyyət tərəfindən bu partiyanı ciddi qınaq obyektinə çevirib.
TBMM-də təmsil olunan bütün partiyalar artıq növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu ifadə etməkdədirlər. Seçkilərin cari ilin noyabrına təyin olunması gözlənilir. (Azərtac)