Ərdoğan generalların siyahısını təsdiqlədi

Ərdoğan generalların siyahısını təsdiqlədi
  05 Avqust 2015    Oxunub:1741
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ali Hərbi Şuranın ordu generalı Hulusi Akarın Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi olması haqqında verdiyi qərarı təsdiq edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Salih Zeki Çolak Quru Qoşunları Komandanı, Abidin Ünal Hava Hücumdan Müdafiə Qoşunları Komandanı, Qalip Mendi Jandarma Baş Komandanı təyin olunub, Dəniz Qoşunları Komandanı Bülənt Bostanoğlunun səlahiyyət müddətləri isə artırılıb.


Teqlər:  





Xəbər lenti