Rusiyada avtobuslar toqquşdu: 16 nəfər öldü

Rusiyada avtobuslar toqquşdu: 16 nəfər öldü
  05 Avqust 2015    Oxunub:1815
Rusiyada iki sərnişin avtobusun toqquşması nəticəsində 16 nəfər ölüb, 56 nəfər yaralanıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Xabarovskda baş verib.



Yaralılar dərhal yaxınlıqda yerləşən xəstəxanalara helikopter vasitəsi ilə aparılıb. Son verilən xəbərə görə, yaralananlardan 6 nəfərin ağır vəziyyətdə olduğu bildirilir. 15 nəfərin durumu isə orta ağır kimi qiymətləndirilir.



Faktla bağlı iki maddə üzrə cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti