Britaniya çinli dissidenti ölkəyə buraxmadı

Britaniya çinli dissidenti ölkəyə buraxmadı
  05 Avqust 2015    Oxunub:1734
Məşhur çinli sənətçi, kulturoloq, heykəltaraş, fotoqraf və film sektorunda fəal bir şəxs kimi tanınan, eləcə də sosial, siyasi və mədəni sahədə Çin hökumətini tənqid edən Ai Veivein Britaniyaya girişinə qadağa qoyulub.

AzVision.az “France-Press” agentliyinin yaydığı məlumata əsasən bildirir ki, məşhur sənətçinin İngiltərəyə girişilə bağlı 6 aylıq viza münaricətinə Britaniya hökuməti rədd cavabı verib. Ai Veivei Britaniyanın Çindəki səfirliyinə viza üçün müraciət etdiyi zaman qarşılığında “xeyr” cavabı alıb. Britaniya səfirliyi isə onun hər hansısa bir cinayətdə ittham olunduğu və bu səbəbdən də ona viza verilməyəcəyini bildirib.

Ai Veivei isə bütün bunların yalan olduğunu bildirib. Hətta, onun sentiyabr ayı üçün 20 günlük viza münraciəti də əngəllənib. Əslində bütün bunlara səbəb hər il Ai Veivein Çindək insan hüquq və azadlıqlarının pozulmasına qarşı fəal siyasi mübarizəsidir. Hələ, 2011-ci ildə o, Çin hökuməti tərəfindən Pekin hava limanında həbs edilərək düz 81 gün həbsdə saxlanıldı. Məhkmə təərəfindən sonda ona 2,2 milyon avro cərimə kəsilmişdi.

Məsələ ilə bağlı “Human Rights Watch” öz fikrini deyib ki, Britaniya hökuməti işini düzgün görmür. Ai Veivei heç zaman cinayət törətməyib və ondan heç bir şikayət qeydə alınmayıb. Bütün bunlar siyasi oyundan başqa bir şey deyil. Çin hökumətinin təzyiqi altında baş tutan bu qadağaya “Human Rights Watch”ın digər bir üzvü Mixail Anti deyib ki, “Bu, Britaniya üçün utancverici haldır”.

Qeyd edək ki, Ai Veivein bir dəfə Almaniyaya səfərindən sonra onun xarici pasportu Çin hökuməti tərəfindən 1 il müddətinə əlindən alınaraq ölkədən çıxışı qadağan olunmub. Ümumiyyətlə, onun Çini demokratiya, insan haqları mövzusunda ciddi tənqid etməsi, o cümlədən 2008-ci ildə Çindəki zəlzələdən sonra yenidən inşa olunan binların kefiyyətsiz olduğunu bildirməsi nəticədə `qara siyahı`ya düşməsinə səbəb olub.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti