Ukrayna Rusiya ordusunun Baş Qərargah rəisini axtarışa verdi

Ukrayna Rusiya ordusunun Baş Qərargah rəisini axtarışa verdi
  05 Avqust 2015    Oxunub:2252
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimovu və 10 rusiyalı hərbçini axtarışa verib.
AzVision.az “RBC”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş İstintaq İdarəsinin rəhbəri Qriqoriy Ostafiyçuk Kiyevdə keçirdiyi brifinqdə deyib.

“Bəzi hərbçilər cənab Qerasimovun rəhbərliyi altında ölkəmizdə münaqişənin təşkil olunması ilə məşğul olublar”, - deyə Ostafiyçuk vurğulayıb.

Ukraynalı rəsmi bildirib ki, hazırda Kiyev məhkəməsi rus hərbçilərinin həbsi üçün müvafiq prosedurları nəzərdən keçirir.

Qeyd edək ki, Qerasimova qarşı cinayət işi 2014-cü ilin avqustunda Donetsk vilayətinin İlovaysk bölgəsində yüzlərlə ukraynalı hərbçinin ölümü ilə sonlanan hadisələrlə əlaqədar açılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti