Almaniyada millətçilik artmaqda davam edir - `Der Freitag`

Almaniyada millətçilik artmaqda davam edir - `Der Freitag`
  05 Avqust 2015    Oxunub:2040
`Almaniya dövlət səviyyəsində irqi ayrı-seçkiliyə qarşı mübarizə apardığını deyir, lakin bu mübarizə sadəcə sözdədir. Əməldə isə heç bir iş görülmür. Dövlət özü irqi diskriminasiyanı gizlicə dəstəkləyir. Miliyyətçi təzyiqlərə məruz qalmış şəxs polisin özündən elə polisəmi şikayət etməlidir? Bu və ya digər suallar Almaniyada gəlmələri narahat edən ciddi nüanslardır`.

AzVision.az xəbər verir ki, bu fikirləri Almaniyanın “Der Freitag” qəzeti dərc edib.

- Qaçqınlara qarşı reallaşdırılan hücumların qarşısını almaqdan ötrü polis tərəfindən xüsusi qorunan ərazilər formalaşdırılmalıdır. Beləcə, Şərqi Almaniya əyalətlərində Saksen, Berlin və Türingen, o cümlədən Frayberq, Tröqlits, Rayxertshofen və Remxinqen kimi şəhərlərdə qaçqınlara qarşı təşkil olunan kütləvi hücumların qarşısını almaq olar. Nəzərə almaq lazımdır ki, ekstrimist qruplar əsasən küt alətlərlə, məsələn: beysbol zopası, dəyənək və daşlarla hücum edirlər. Məhz, bu səbəbdən də etirazçılar düşərgənin yerləşdiyi radiusdan xeyl uzaqda tutulmalıdır, – deyə qəzet bildirir.

Belə bir praktik metod artıq Drezden şəhərində tədbiq olunub və həmin şəhərdə polis tərəfindən nəzarət dairəsi ideyası özünün effektiv nəticəsini göstərməkdədir. Lakin Drezden şəhərində bu yaxında 30 nəfərdən ibarət dəstənin qaçqın kampına daşlarla hücum etdiyi də müşahidə olunub. Almaniyanın Türingen əyalətində, eləcə də Hamburq şəhərində də bu tip xoşagəlməz ekstrimist hücumlar qeydə alınmaqdadır.

Ümumilikdə 2014-cü ildən başlayaraq 2015-ci ilin yarısına qədər Almaniya 200.000 nəfərədək qaçqın qəbul edib.

Axınla bağlı məsləyə qaçqın yerləşimi işlərinə nəzarət edən orqanın rəhbəri Manfred Şmit “Spiegel” dərgisinə açıqlamasında deyib ki, Almaniyaya qaçqınların axını hələ üzümüzə gələn illərdə daha da kəskinləşəcək. O, əlavə olaraq bildirilir ki, miqrantların 2014-cü ildə yerləşdirilməsinə təxminən 2,2 milyard avro vəsait xərclənib. Daha 5 milyard avronun da xərclənəcəyi bildirilir.

Şlezvig-Holştayn əyalətinin prezidenti Torsten Albig, həmçinin Bavariya əyalətinin prezidenti Horst Seehofer qaçqın massivlərinin salınması və inşaası üçün daha çox xərcin çəkilməsini tələb edirlər. Buraya onların sağlamlıq müainəsi, sağlıq sığortası və alman dilli təhsil almaları üçün də ayrılan xərclər daxildir.

Ümumiyyətlə, 2013-cü ilin statistik rəqəmlərdə 100.000 nəfərə 2,58% irqi müstəvidə hücum faktı qeydə alınıb. Sağ sektora aid 1281 cinayət hadisənin baş verməsi ilə sözügedən şəhərlər sırasına Brandenburq daxildir ki, o da sıralamada 1,8%-lə Berlin, Hamburq, Türingen, Meklenburq-Forpommern torpaqlarından sonra 6-cı sırada gəlir. Hər gün rasizm, miliyyətçi və anti-semitizm kimi qüsurlu düşüncələr Almaniyada artmaqda davam edir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti