Ermənistanda Sibir xorası tapıldı
“Laboratoriya araşdırmaları nəticəsində “Sibir xorası” diaqnozu təsdiqləndi”, - deyə Aytayan bildirib.
Onun sözlərinə görə, “hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir, sağalma tendensiyası nəzərə çarpır”.
“Profilaktik və epidemiya əleyhinə tədbirlər davam etdirilir”, - deyə, nazirlik rəsmisi vurğulayıb.
Çərşənbə günü axşam Ermənistanın Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi Dövlət Qida Məhsulları Təhlükəsizliyi Xidməti xəbər yayıblar ki, respublikanın Armavir vilayətinin Artamet kəndinin iki sakinində Sibir xorası tapılıb.
İdarələrin məlumatına görə, xəstələnənlərdən biri iyulun 27-də Gürcüstanın Ninotsmindsk rayonundan ət alıb.
Teqlər: