Ermənistan ordusunda itki: 1 ölü, 1 yaralı

Ermənistan ordusunda itki: 1 ölü, 1 yaralı
  05 Avqust 2015    Oxunub:2214
Ermənistanın Syunik vilayətində `DAF` markalı yük avtomobili ilə `Opel` markalı maşın toqquşub.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Məlumata əsasən 31 yaşlı Arsen Unayan Sisiyan (Qarakilsə) xəstəxanasına çatdırılıb. Unayan özünə gəlmədən xəstəxanada ölüb. Əldə olunan məlumata görə, Arsen Unayan hərbçidir.

Hadisə nəticəsində yaralanan digər hərbçi V. Haçataryanın vəziyyəti sabitdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti