İŞİD 9 yaşlı uşağı 165 dollara satır

İŞİD 9 yaşlı uşağı 165 dollara satır
  05 Avqust 2015    Oxunub:2833
İŞİD terrorçularının daha bir vəhşiliyi üzə çıxıb.
BMT nümayəndələri bu dəfə terrorçuların uşaqları satış qiymətini müəyyən edə biliblər. Qurumun xüsusi təmsilçisi Zainab Bangura İŞİD-ın seks kölələri üçün hazırladığı qiymət siyahısında 1-9 yaş arası uşqları 165 dollara satıldığını müəyyən edə bilib.

Onun sözlərinə görə, terrorçuların bir çox vəhşilikləri bu siyahıda yer alıb. Bunu onların dünyaya meydan oxuması kimi də qiymətləndirmək olar.

Bangura deyib ki, aprel ayında İraqa səfər edib. Bu səfər zamanı qiymət siyahısının işində olan kitabça onun əlinə keçib. Burada yaşı az olan uşaqların daha çox pula getdiyi qeyd edilib.

Bundan sonra İordaniya və Türkiyəyə də gedən BMT təmsilçisi siyahının doğruluğunu dəqiqləşdirə bilib.



Ötən həftə Nyu Yorkda açıqlama verən Bangura qız uşaqlarının əşya kimi qapı-qapı gəzdirilərək satıldığını deyib. "Bir qız uşağı 5-6 fərqli kişiyə satıla bilər. Terrorçular qızlarını geri almaq istəyən ailələrdən minlərlə dollar pul tələb edirlər. Terrorçuların avadanlıqları, proqramları, evlilik təşkil edən ofisləri də var".

Siyahıya görə, 1-9 yaş arası uşaqlar 165, yeniyetmələr 124, 20 yaşından böyüklər isə daha az pula satılır. Uşaqlar və qadınlar əsasən bölgədən xaricdə olan zənginlərə satılır.(Ans)


Teqlər:  





Xəbər lenti