Dollar bahalaşdı

Dollar bahalaşdı
  05 Avqust 2015    Oxunub:3255
Bu gün avqustun 4-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
AzVision.az məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 5-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% artaraq 1,0499 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0077 manat və ya 0,67% azalaraq 1,1405 manat olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti