Almaniyanın baş prokuroru istefaya göndərildi

Almaniyanın baş prokuroru istefaya göndərildi
  05 Avqust 2015    Oxunub:1703
Almaniyanın ədliyyə naziri ölkənin baş prokuroru Xarald Ranqeni istefaya göndərmək haqda qərar qəbul edib.
AzVision.az musavat.com-a istinadla xəbər verir ki, baş prokuror az öncə xüsusi xidmətlərin əli ilə jurnalistlərə qarşı dövlətə xəyanət ittihamı ilə bağlı cinayət işi açmışdı.

Söhbət Konstitusiyanı Mühafizə İdarəsinin (BFF) internetdə gizli izləməni genişləndirmək planlarından yazan netzpolitik.org saytından gedir. Az sonra prokuror işdə dövlətə xəyanətin olub-olmamasını ekspertlərin yoxlaması üçün təhqiqatı dayandırmışdı.

Almaniyanın ədliyyə naziri Xayko Maas onun da əlavə edib ki, baş prokuror onun etimadını itirib.


Teqlər:





Xəbər lenti