Həkimlər qayçını xəstənin bədənində unutdu
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, A.Zindusovanı rentgen müayinəsindən keçirən həkimlər təəccübləniblər.
Belə ki, 3 il əvvəl qeysəriyyə əməliyyatı zamanı 20 santimetr uzunluğunda əməliyyat qayçısı A.Zindusovanın qarnında unudulub.
Lakin 3 il ərzində A.Zindusova özünü normal hiss etdiyini bildirib: “İndiyə qədər özümü normal hiss etmişəm, lakin indi inana bilmirəm ki, 3 il ərzində bu uzunluqda qayçını bədənimdə gəzdirmişəm”.
Hadisə ilə bağlı xəstəxanada araşdırmalara başlanılıb və A.Zindusova xəstəxananı məhkəməyə verməyi düşünür.
Teqlər: