Avropa İttifaqının reytinqi “mənfiyə”dək enib

Avropa İttifaqının reytinqi “mənfiyə”dək enib
  05 Avqust 2015    Oxunub:1814
Avqustun 3-də “Standard & Poors” (S&P) Beynəlxalq Reytinq Agentliyi Avropa İttifaqının iqtisadi reytinq proqnozunu “stabil”dən “mənfiyə”dək endirib. Agentliyin məlumatında bildirilir ki, bununla belə region üzrə reytinq AA+ səviyyəsində qalıb.

Proqnozlara yenidən baxılmasının səbəbi Yunanıstana yeni maliyyə yardımı paketinin verilməsi olub. Bundan başqa, agentlik Böyük Britaniyanın 2017-ci ildə Aİ-dan çıxması fonunda Aİ-nin büdcə gəlirlərinin potensial azalmasını nəzərə alır. Hazırda Böyük Britaniya Aİ büdcəsinə ayırmaların həcminə görə ikinci yeri tutur.

Riskin daha bir faktoru Avropa komissiyasının sədri Jan-Klod Yunkerin təklif etdiyi və 2014-cü ilin sonunda Aİ-nin sammitində bəyənilən Brüssel tərəfindən verilən investisiya planı üzrə zəmanətdir.

Yeni Avropa Fondunun strateji investiyalarının planlaşdırılmış həcmi üç ildən sonra azı 315 milyard avro təşkil etməlidir. (Azərtac)


Teqlər:  





Xəbər lenti