Kremldən etiraf: Putin İŞİD-dən qorxur
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
“Heç kimə sirr deyil ki, Rusiya tərəfi ən yüksək səviyyədə İŞİD-in təsirinin yayılmasından böyük narahatlıq keçirir”, - deyə Peskov qeyd edib.
Peskov xatırladıb ki, bu məsələni dəfələrlə Rusiya lideri Vladimir Putin ABŞ-da daxil olmaqla öz avropalı həmkarları ilə danışıqları zamanı qaldırıb: “Cənab Obama ilə son danışıqlar zamanı Putin həqiqətən də bu mövzunu qaldırıb. Narahatlığa əsas var və biz hər kəsi qarşılıqlı tədbirlər görməyə çağırırıq”.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: