Qəddafinin oğlunu həbsxanada belə döydülər – VİDEO
Görüntülərdə hüquq-mühafizə orqanları əməkdaşlarının 42 yaşlı Saadi Qəddafini sifət nahiyəsindən vurmaları əks olunur. Daha sonra polislər onun ayaqlarını boruya bağlayaraq döyürlər.
Tripoli prokuroru məsuliyyətə cəlb etmək məqsədilə videoda əks olunan hüquq-mühafizə orqanları əməkdaşlarını tapacağını açıqlayıb.
`Human Rights Watch` təşkilatı belə bir videonun yayılmasından sonra öz narahatlığını bildirib. Qurumun Yaxın Şərq üzrə direktorunun müavini Co Storkun sözlərinə görə, video `Əl-Hadba` həbsxanasında saxlanılan Saadi əl Qəddafi və digər saxlanılan şəxslərin sorğulanması zamanı istifadə olunan metodlara dair ciddi narahatlıq doğurur`.
Eldar Tanrıverdiyev
AzVision.az