Almaniyada `Mediaya azadlıq` etirazı

Almaniyada `Mediaya azadlıq` etirazı
  03 Avqust 2015    Oxunub:2276
Almaniyada media və söz azadlığı tələbi ilə etiraz aksiyası keçirilib.

AzVision.az “Der Westen“ qəzetinə istinadən xəbər verir ki, ötən gün paytaxt Berlində baş tutmuş etiraz aksiyası Almaniya hökuməti tərəfindən istintaqa cəlb olunmuş “Netzpolitik.org“ saytının Markus Bekedal və Andre Mayster adlı blogger-jurnalistlərinə dəstək olaraq təşkil olunub.

Qeyd edək ki, baş prokurorluq tərəfindən Makus Bekedal və Andre Mayster Almaniya dövlətinə xəyanətdə ittiham olunaraq sorğuya cəlb ediliblər. Onlar məxfi bilgilərin kütləyə çatdırılmasında təqsirkar bilinirlər.

Alman hökumətinin başlatdığı bu istintaq isə “Sosial-Demokratlar, Azad-Demokratlar” və “Sol Partiya” kimi bir çox siyasi partiyalar tərəfindən azad mediaya qarşı ciddi basqı kimi qiymətləndirilir.

Fərrux Həsənov


Teqlər:  





Xəbər lenti