ABŞ təyyarələri Əsədi bombalayacaq

ABŞ təyyarələri Əsədi bombalayacaq
  03 Avqust 2015    Oxunub:2539
ABŞ prezidenti Barak Obama bu ölkənin dəstəyi ilə təlim keçən Suriya silahlı qüvvələrin müdafiəsi üçün aviasiyanın tətbiqini nəzərdə tutan qanunu təsdiqləyib.
Bu barədə AzVision.az` The Wall Street Journal`-a istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, aviasiyadan Suriya hökumət qüvvələri və ya digər qruplaşmalardan təhlükə olacağı təqdirdə istifadə olunacaq.

Yeni qaydalara əsasən, Pentaqon öz tərəfdaşlarını qorumaq üçün hətta Bəşər Əsəd rejimi tərəfdarlarına da aviazərbələr endirə biləcək.

Ağ Evin milli təhlükəsizlik üzrə mətbuat katibi vurğulayıb ki, administrasiya ABŞ-ın suriyadakı missiyasını uğurla həyata keçirilməsi üçün bütün lazımı tədbirləri görməyə hazırdır.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti