Terror qurbanlarının iyul statistikası - İraqda
Məlumata görə, ölənlərdən 27-si polis olmaqla, 844 nəfəri dinc sakindir. Qeyd olunan müddət ərzində azı 1616 nəfər yaralanıb, onlardan 38-i polis əməkdaşıdır. İyulda İraq təhlükəsizlik orqanlarının 488 əməkdaşı həlak olub, 492 nəfəri isə yaralanıb.
İyunda 1466 nəfər ölüb. Onlardan 665 nəfəri dinc sakin, 801 nəfəri isə güc strukturlarının əməkdaşlarıdır. Ötən ay 1032 dinc sakin və 600-dən çox hərbçi yaralanıb.
AzVision.az