Putin və Ərdoğan `Türk axını` müzakirə edəcək
Peskovun sözlərinə görə, danışıqlar payızda baş tutacaq.
`Doğurdanda ikitərəfli Ali Şura toplanacaq. İclas payızda, ən yüksək səviyyədə keçirilməlidir. Yəni Putin və Ərdoğan görüşəcək. Onlar bu barədə sonuncu telefon danışığı zamanı razılaşıblar. Yer və konkret tarix hələ dəqiqləşdiriləcək`, - deyə Peskov bildirib.
Qaz kəməri tikintisi üzrə danışıqların aparılması üzrə sualı cavablandıran Peskov bildirib: `Əlbəttə, yəqin`.
Qeyd edək ki, ötən gün Türkiyə KİV-i ölkənin "Türk axını" layihəsini dayandırdığ barədə məlumat yayıb. Layihənin dayandırılmasına səbəb kimi tərəflərin mövcud layihə üzrə yekun razılığa gələ bilməmələri göstərilir.
Eldar Tanrıverdiyev
AzVision.az