SOCAR-a basqın edildi

SOCAR-a basqın edildi
  31 İyul 2015    Oxunub:3399
Gürcüstanda naməlum şəxs paytaxt Tbilisi yaxınlığında yerləşən SOCAR yanacaq doldurma məntəqələrindən (YDM) birinə basqın edib.
Bu barədə AzVision.az `Sputnik-Georgia`ya istinadən xəbər verir.

Məlumata əsasən soyuq silahla silahlanan şəxs Moskva prospektində YDM-dəki mağazaya daxil olub və satıcını hədələyib. O mağazadan 800-900 lari ($350-390) götürüb.

`Hadisə ötən gecə baş verib. İnsidentin təfərruatları araşdırılır`, - deyə Gürcüstan DİN-in yaydığı məlumatda bildirilir.

`Soyğunçuluq` maddəsi üzrə cinayət işi başlanılıb. Cinayətkar 5 ildən 7 ilə qədər azadlıqdan məhrum ediləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti