“İlham Əliyev mənə deyirdi: “Gülümsə...”” - Yuri Vyazemski
Yuri Vyazemski Azərbaycanın iki il öncə ondan analoji veriliş üçün hüquqları aldığını bildirib.
“Düşünürəm ki, Azərbaycanın hərəkata qoşulması ilə əlaqədar çətinliklər var, belə ki, Bakı televiziyası rəsmi olaraq mənə müraciət edərək efirdə öz “Umniki i umnitsı” verilişinin buraxılışı üçün hüququ aldılar. Məncə onlar mənim verilişimə oxşamayan və eyni zamanda, oxşayan maraqlı proqram yaradıblar. Faktiki olaraq onlar öz hərəkatlarını açdılar və mən hardasa bu hərəkatda iştirak edirəm”, - o deyib.
Teleaparıcı Azərbaycandan danışarkən, vaxtilə çətin dövrlərdə İlham Əliyevin onu necə ruhlandırdığını xatırlayıb.
“Azərbaycan Prezidenti MDBMİ-nin məzunu və müəllimidir. Yadımdadır, mənim çox kədərli olduğum vaxtlar idi, mən instituta gəlib, çıxışda dayanmışdım və indi Azərbaycanın Prezidenti olan insan mənə: “Yura, niyə belə kədərlisən? Gülümsə, o zaman həyat daha gözəl görünəcək!” dedi. Bunu o dövrdə mənim həmkarım olan İlham Əliyev deyirdi”, - Yuri Vyazemski bölüşüb.
Teqlər: