Səlahəddin Dəmirtaşa cinayət işi açıldı

Səlahəddin Dəmirtaşa cinayət işi açıldı
  31 İyul 2015    Oxunub:2884
Türkiyə Prokurorluğu kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaşa qarşı cinayət işi başladıb.
AzVision.az xəbər verir ki, buna səbəb ötən ilin oktyabrında ölkədə keçirilən kütləvi etiraz aksiyalarda onun əlaqəsinin olması göstərilir.

Artıq faktla bağlı araşdırma başlayıb.

Prokurorluq HDP sədrinin təqsirli olduğunu müəyyən edəcəyi təqdirdə, Dəmirtaş deputat toxunulmazlığı statusundan məhrum edilə bilər. Bu zaman HDP sədri 24 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, artıq Xalqların Demokratik Partiyasının 80-nə yaxın deputatı toxunulmazlıq statusundan imtina etmək üçün müraciət edib.


Teqlər:  





Xəbər lenti