9 deputatın toxunulmazlığı ləğv oluna bilər

9 deputatın toxunulmazlığı ləğv oluna bilər
  31 İyul 2015    Oxunub:3061
Türkiyə hökuməti aralarında Xalqların Demokratik Partiyasının (HDP) Şırnakdan olan millət vəkili Faysal Sarıyıldızın da olduğu 9 nəfər barəsində deputat toxunulmazlığı hüququnun ləğv edilməsi haqqında qanun layihəsini ölkə parlamentinə göndərib.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, F.Sarıyıldız terror təşkilatına silah təmin etməkdə ittiham olunur.

Qanun layihəsi Türkiyə baş nazirinin müavini Yalçın Akdoğanın imzası ilə ölkə parlamentinə təqdim edilib.

Bundan əlavə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu, CHP sədrinin müavini Haluk Koç, CHP-nin baş katibi, İstanbuldan seçilmiş millət vəkili Gürsel Təkin, CHP-nin İstanbuldan seçilmiş millət vəkili Aykut Erdoğdu, CHP-nin Mərsindən seçilmiş millət vəkili Aytuğ Atıcı, Ədalət və İnkişaf Partiyasının (AKP) Osmaniyədən seçilmiş millət vəkili Suat Önal, HDP-nin parlament fraksiyasının sədr müavini Pervin Buldanın da deputat toxunulmazlığı hüququnun ləğv edilməsi istənilir.


Teqlər:  





Xəbər lenti