Almaniyanın müdafiə naziri Afrikada

Almaniyanın müdafiə naziri Afrikada
  30 İyul 2015    Oxunub:1928
Almaniyanın müdafiə naziri Ursula fon der Leyen Qərbi Afrikaya rəsmi səfər edib.

AzVision.az “Bild” qəzetinə istinadən xəbər verir ki, fon der Leyenin Bamako şəhərində Avropa hərbi tədris missiyasını rəhbəri briqada generalı Frans İksaver Pfrengle ilə də görüşünün baş tutacağı deyilir.

İki ilə yaxındır ki, 25 ölkədən seçilmiş 600 nəfərlik hərbi kontingent Malidə terrorla mübarizədə, eləcə də `Əl-Qaidə`nin hücumlarının qarşısını almaqdan ötrü fəaliyyətdədir. Malinin şimal hissəsi müxtəlif terror dəstələrinin nəzarəti altındadır və bu faktor hökumətin tam fəaliyyətini əngəlləyir.

Ümumi Avropa qoşunlarının generalı Frans İksaver Pfrengle isə deyir ki, Mali hökumət ordusunun hərbi baxımdan normal səviyyədə hazırlanması üçün hələ bundan sonra 1 ildən yuxarı vaxt lazımdır.

Xatırladaq ki, Almaniya 350 nəfərdən ibarət hərbi heyyətlə Malidə (Qərbi Afrika) təmsil olunur.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti