Türk əsgərlərinə hücum: Ölənlər var

Türk əsgərlərinə hücum: Ölənlər var
  30 İyul 2015    Oxunub:2472
Türkiyədə ordu batalyonuna qarşı edilən hücum nəticəsində üç hərbçi həlak olub.
Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.

Yerli rəhbərliyin sözlərinə görə, hərbçilərə Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatın üzvləri hücum edib.

İnsident Şırnak vilayətində baş verib. Hadisə yerinə helikopterlər və xüsusi təyinatlılar göndərilib.

Qeyd edək ki, iyulun 20-i Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda yerləşən Amara Mədəniyyət Mərkəzinin həyətində terror aktı törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən artıq yaralanıb. Türkiyə rəhbərliyi hadisəyə görə, İŞİD-in məsuliyyət daşıdığını bildirib.

İyulun 27-i Türkiyə Hərbi hava Qüvvələri (HHQ) PKK-nın Şimalı İraqdakı `Hakurk` hərbi düşərgəsini yerlə yeksan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti