Alman Polisindən qorxulu etiraf: `Canilərlə bacarmırıq`

Alman Polisindən qorxulu etiraf: `Canilərlə bacarmırıq`
  30 İyul 2015    Oxunub:1661
Alman polisi təhlükəli cinayətkar dəstələrin küçələrə nəzarəti ələ almaları ilə bağlı vətəndaşlara ciddi xəbərdarlıq edib.

AzVision.az “Der Westen“ qəzetinə istinadən bildirir ki, polis bölgədəki kriminal qruplaşmalara, eləcə də cinayətkar klanlara qarşı mübarizə aparmaqda çox aciz və gücsüzdür. Sözügedən şəhərdəki cinayətkar bandalar vəziyyəti öz qanunsuz əməllərilə daha da qızışdırırlar. Bölgə polisinin Duisburq şəhərinə dair hesabatında şəhərin dramatik durumda olduğu vurğulanır.

Polis rəisi Elke Bartels Daxili İşlər Nazirliyinə verdiyi açıqlamasında onu da deyib ki, cinayətkar dəstələr adətən səhər və axşam saatlarında küçələrdə sakinləri və müsəssisə sahiblərini qorxu və təhdid altında saxlayırlar. Polisin gözü qarşısında vətəndaşlarla aqresiv davranaraq, hörmətsizlik edirlər.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti