Meksikada 8 nəfərlik ailə amansızcasına qətlə yetirilib

Meksikada 8 nəfərlik ailə amansızcasına qətlə yetirilib
  30 İyul 2015    Oxunub:2240
Onların hamısının başları kəsilib.
Meksikanın şimalında, narkomafiya güclü olduğu Çiuaua ştatında bir ailənin 8 üzvü amansızcasına qətlə yetirilib. Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, ailə vilayətindən Kasa-Kemada ştatında yollardan birində avtomobillə hərəkət edən zaman naməlum maskalı şəxslər tərəfindən qaçırılıb.

İlkin olaraq maskalı şəxslər 9 nəfəri qaçırıblar. Lakin onlardan biri canilərin əlindən qaça bilib.

Meksika Baş prokurorluğunun yaydığı məlumata görə, genişmiqyaslı axtarış əməli8yyatları nəticəsində əvvəlcə qaçırılan üç nəfərin, daha sonra beş nəfərin meyiti aşkarlanıb. Onların hamısının başı kəsilib. Ölənlərdən ikisi 15 yaşlı yeniyetmədir. Şahidlərdən bəziləri ailənin bu ərazidə odun yığdığını digərləri isə, qanunsuz marixuana əkini ilə məşğul olduğunu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti