Türkiyədə polisə silahlı hücüm: 2 ölü, 1 yaralı
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
İnsident nəticəsində Mehmet Uyar adlı polis əməkdaşının və yoldan keçən mülki vətəndaş Osman Karanın xəstəxanada keçindiyi, digər mülki şəxs İbrahim Turanın həyatına isə təhlükə olmadığı bildirilir.
Hadisəni törədən şəxslər hadisə yerindən qaçıblar. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.