Əhalinin sayı 11,2 milyard olacaq - 35 ildən sonra
Bildirilib ki, Yer kürəsində əhalinin artımı davam edir və bunun yarıya qədəri Afrikanın payına düşür. Hesabata əsasən, Çin əhali artımına görə Hindistandan geri qalır, keçmiş sovet ölkələrində isə insanların sayı azalmağa doğru gedir.
Sənəddə bildirilir ki, 2015-ci ildə Yer kürəsində insanların sayı 7,3 milyarda çatıb ki, bu da ötənilki göstərici ilə müqayisədə 1 milyon çoxdur. Ekspertlər bildirirlər ki, artım templəri azalsa da, əhali çoxalmaqda davam edir və 2030-cu ildə göstərici 9,7 milyard, 2050-ci ildə 11,2 milyard olacaq. Proqnozlara görə, qarşıdakı onillikdə Afrika və Asiya əhalisinin sayı xeyli artacaq. Ehtimal edilir ki, Hindistan insan sayına görə Çini geridə qoyacaq. Eyni zamanda Avropada və keçmiş sovet respublikaları olan Litva, Latviya, Moldova və Ukraynada doğum sayının aşağı olması səbəbindən əhali azalacaq.