`Facebook`la pul köçürmələri mümkün olacaq

`Facebook`la pul köçürmələri mümkün olacaq
  30 İyul 2015    Oxunub:2073
“Facebook Messenger”də yeni funksiya işə salınacaq. Belə ki, artıq bu proqram vasitəsilə pul köçürmələri də mümkün olacaq.

Bu ödəmə üsulu ilk olaraq ABŞ-da tətbiq edilib. Ödəmə üsulu “Facebook” sosial şəbəkəsində səhifələri olan internet-mağaza sahibləri üçün əlverişlidir. "VISA" və "MasterCard" debet kartlarının sahibləri kart nömrəsini əlavə etdikdən sonra "$" düyməsini sıxmaqla açılan pəncərədə məbləği daxil edərək pul köçürmələrini həyata keçirə bilərlər. Ödəmə funksiyasının bu yaxınlarda bütün ölkələrdə istifadəsi mümkün olacaq.


Teqlər:





Xəbər lenti